2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ üzərində casus şarı müşahidə edilib

Amerika Birləşmiş Ştatlarının Montana regionunda şübhəli Çin aerostatının uçması müşahidə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın yüksək vəzifəli rəsmiləri prezident Co Baydenə (Joe Biden) şübhəli şarın vurulmamasını məsləhət görüblər.

Onlar bildiriblər ki, şarın qırıntıları yerdəki obyektlər və insanlar üçün təhlükə törədə bilər.

Bu barədə məlumati jurnalistlərə Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder verib.

ABŞ mediası xəbər verir ki, şarın hazırkı uçuş trayektoriyası onun bir neçə mühüm obyektlərin üstündən keçəcəyini göstərir.

Rəsmilər şarın dəqiq hündürlüyünə dair məlumatı verməkdən imtina ediblər, amma deyiblər ki, şar mülki aviasiyanın istifadə etdiyi qatla kosmik fəza arasındakı yüksəklikdə uçur.

Senatın Kəşfiyyat Komitəsində ən yüksək vəzifəli respublikaçı Marko Rubio deyib ki, şar narahatlıq yaratsa da, təəccüb doğurmur:

“Pekin tərəfindən ölkəmizə qarşı casusluq son beş ildə kəskin artıb və daha intensiv və daha həyasız forma alıb”.

Aerostat barədə ilk xəbərlər yayılanda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Vaşinqtondakı Corctaun Universitetində çıxış edirdi.

Börns bildirib ki, Çin hazırda ABŞ-ın üzləşdiyi ən böyük geosiyasi problemdir.

Son vaxtlarda Vaşinqton və Pekin arasında münasivbıətlər Tayvana, Çində insan haqları pozuntularına və Pekinin Cənubi Çin dənizindəki hərbi fəallığına görə gərginləşib.

Dövlət katibi Entoni Blinken yaxın günlərdə Çinə səfər etməlidir.

Filippində səfərdə olan ABŞ müfdafiə naziri Lloyd Ostin casus şarı ilə bağlı insidenti müzakirə etmək üçün müşavirə çağırıb.

Xəbər verilir ki, ABŞ rəsmiləri bu məsələni diplomatik kanallarla Çin tərəfi ilə müzakirə ediblər.

ABŞ hərbiyyəsi bildirir ki, son illər ərzində ölkə üzərindən bir neçə dəfə casus şarları uçurulub, amma budəfəki şar Amerika üzərində əvvəlkilərdən daha uzun müddətdə qalıb.

Çin Xarici İşlər Nazirliyi bu informasiya ətrafında spekulyasiya etməməyə və hadisə tam və dəqiq öyrənilməyənədək hay-küy qaldırmamağa çağırıb.

Casusluq və başqa hərbi məqsədlərlə çox böyük yüksəkliyə qalxa bilən şarlardan ötən əsrin ortalarından bəri istifadə olunur.

II Dünya Müharibəsi zamanı Yaponiya hərbçiləri şarlardan ABŞ ərazisini bombalamaq üçün istifadə etməyə çalışırdılar. Belə şarlar Yaponiyadan təbii hava axınları ilə Amerika qitəsinə çatırdı. Yaponiyanın şarları ilə hər hansı ciddi hərbi hədəf vurulmasa da, Oreqano ştatında bir neçə mülki həlak olub.

II Dünya Müharibəsindən dərhal sonra ABŞ Genetrix layihəsi daxilində fotoşəkillərin çəkilməsi üçün Sovet İttifaqı üzərindən onlarca belə şar uçurub.

Belə şarlar əsas etibarilə 24-37 min metr yüksəkliyə uça bilir. Bu, mülki aviasiya təyyarələrinin istifadə etdiyi yüksəklikdən (12 min metr) xeyli çoxdur. Ən yüksəyə qalxa bilən hərbi təyyarələr 20 min metr yüksəklikdə uçur. Amma U-2 tipli casus təyyarələri 24 min metr yüksəkliyə qalxa bilir.

24 saat” “
ABŞ üzərində casus şarı müşahidə edilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button