2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Acından ölənlərin çörək üçün yalvarışları

Rafiq Manaflı

Bir səs yazısına qulaq asdım, demişəm göndərsinlər, yerləşdirəcəm şərh bölümünə. Bir qadın kiməsə acından öldüklərindən, hava qaralandan sonra qonşuların toyuq-cücə üçün çöldə asdıqları çörək qırıntılarını yığıb, suda isladıb uşağına yedizdirməsindən şikayətlənir, kömək istəyir…
Maştağa qəsəbəsində bir ailə qonşunun yardım etdiyi 2 kq unu hissə-hissə suda qaynadıb kraxmal bişirir, adını horra qoyub balalarına yedirir…
Təbii ki, pandemiya hər bir ölkə üçün qeyri-standart situasiyadır. Bəla sel kimi gəlirsə, əlbəttə, batan da olacaq, boğulan da. Amma axı yuxarıda saydığım hallar ümumi xəttdən sapan tək-tük nümunələr deyil, bu gün cəmiyyətimiz üçün xarakterik hal, acı reallıqdır və bu reallığın səbəbi qətiyyən koronovirus deyil. Pis, bacarıqsız idarəetmənin, dövlətə düşmən kəsilməyin, oğurluğun, talanın, insanları adam hesab etməməyin uzun illər bir-birinin üstünə yığışıb stratlaşan nəticələridir. Pandemiya sadəcə bu fəsadları açıb tökdü ortaya.
Ölkədə bu acınacaqlı vəziyyəti bu rejim yaradıb və indi zəhmət çəkib əllərində olan bütün resursları – oğurlayıb orda-burda gizlətdikləri maliyyə resurslarını son qəpiyinə kimi, zopa kimi istifadə etdikləri insan resurslarını son nəfərinə kimi bu ağır durumu heç olmasa bir qədər yumşaltmağa yönəltməlidirlər. Birbaşa günahkarı olduqları bu ağır vəziyyətdə resursları müxalifət ovuna, Əli Kərimlinin kommunikasiyasını kəsməyə, Tofiq Yaqublunu, Əlizamin Salayevi həbs etməyə və yaxud məni polisə aparmaq üçün 6 nəfər göndərib qapımda pusqu qurmağa yönəltmək cinayətdir. Mənim qapıma 6 nəfər göndərməyə ehtiyacmı var idi, dəvət edin özüm gələcəm, sizdən qorxuram ki?..
Polisdə dartışdığımız mövzulardan biri də İlham Əliyevin vəzifəyə təyin etdiyi adamların hamısına nəzarət etməsinin guya fiziki mümkün olmaması barədə idi. İndi bu haqda danışmaq istəmirəm, prezidentin dövlət strukturlarına nəzarət mexanizmləri haqda ayrıca bir yazı yazacam. Amma İlham Əliyevin nəyəsə nəzarət edib-etməməsi, yaxud etmək istəyib-istəməməsinə nümunə olaraq elə bu gün Əlizamin Salayevin həbs edilməsini misal gətirə bilərəm. Salyanda Həmzə adlı bir polisin gənc bir qızın namusuna təcavüz faktını ictimailəşdirən Əlizamin Salayevin başına gətirilənlər 5-6 aydır ölkə ictimaiyyətini çalxalayır. Və bu gün Əlizamini 2 il 3 ay müddətinə həbsə məhkum etdilər. İndi bundan da İlham Əliyevin xəbəri yoxdur deyə bilməzsiniz. Fil qulağında yatmayıb ki, adama xəbər çatdırmaq üçün bundan artıq nə olmalıdır? Niyə əlini Konstitusiyaya və Qurana basıb hüququnu qorumağa and içdiyi vətəndaşına qarşı törədilən cinayətə göz yumur?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button