SEÇMƏ
Ailəsi təkadamlıq aksiya keçirən Fariz Əliyevin harada olduğunu öyrənə bilmir

Fariz Əliyev iyunun 17-də Ədliyyə Nazirliyinin qarşısında təkadamlıq aksiya keçirib. O, bu yolla hərəkatın sədri Taleh Bağırzadənin və digər inanclı məhbusların aclıq aksiyasına dəstək verdiyini ifadə edib. Əlində plakat tutan dini inanclı şəxs “Fikrət Məmmədov, insanların taleyinə biganə qalma!” şüarı səsləndirib. Bundan sonra Post Patrul Xidmətinin əməkdaşları onu zorla polis maşınına mindirərək ərazidən uzaqlaşdırıblar.
Ailəsi deyir ki, ondan sonra Fariz Əliyevdən heç bir məlumat ala bilməyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Fariz Əliyevlə bağlı məlumat vermək istəməyib.
You must log in to post a comment.