2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Airbnb şirkəti 20 min əfqanıstanlı qaçqına pulsuz yaşayış imkanı təklif edəcək

Tətil üçün kirayə evlər saytı Airbnb dünyanın hər yerindəki ev sahibi üzvlərinə Əfqanıstandakı xaosdan qaçan 20 min qaçqına evlərində pulsuz qalmağı təqdim etmək üçün qeydiyyatdan keçə biləcəyini deyib. Ödənişlər Airbnb tərəfindən ödəniləcək.

“Əfqanıstanlı qaçqınların ABŞ və başqa yerlərə köçürülməsi və yerləşdirilməsi dövrümüzün ən böyük humanitar böhranlarından biridir. Addım atmaq üçün bir məsuliyyət hiss edirik. Ümid edirəm ki, bu, digər iş adamlarını da buna təşviq edəcək. Vaxt itirməyə zaman yoxdur” – deyə, Airbnb-nin rəhbəri Brayn Çeski Tvitterdə yazıb.

Çeski şirkətin nə qədər xərcləyəcəyi və ya mənzillərin neçə gün əlçatan olacağı ilə bağlı konkret bir məlumat verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Gələcək ev sahibləri proqrama Airbnb.org saytında üzv ola bilərlər.

“Bir qaçqın ailəsinə ev sahibliyi etmək istəsəniz, bizə müraciət edin və bunun baş verməsi üçün sizi burada doğru insanlarla əlaqələndirəcəyəm” – deyə, Çeski çərşənbə axşamı yazıb.

Associated Press-in məlumatına görə, Airbnb 2012 -ci ildən bəri 75 min qaçqına, tibb işçisinə, təxliyə edilənə və digər cavabdeh şəxslərə pulsuz mənzil təklif edib.

Birləşmiş Ştatlar təxminən 48 min əfqan qaçqını ölkədən çıxardığını, lakin minlərlə insanın Kabil hava limanında qaldığını bildirib. Ölkədə neçə ABŞ vətəndaşının qaldığı bəlli deyil.

Taliban ABŞ vətəndaşlarını təxliyə etmək üçün ABŞ-a 31 avqusta qədər vaxt verib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button