2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AKİ sədri və İdarə Heyətinin səlahiyyətləri təsdiqləndi

İttifaqın İdarə Heyətinin Rasim Balayevlə birgə 21 üzvü var

İyunun 13-də Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Mayın 31-də Xalq artisti, kinoaktyor Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsuda doğulub.

1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Rasim Balayevlə birgə AKİ İdarə Heyətinin 21 üzvü var, onların arasında Xalq yazıçısı Anar Rzayev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Fərəcov, şair-tərcüməçi Baba Vəziroğlu, kinorejissor, prodüser, ssenarist Əli İsa Cabbarov və digərləri daxildir.

Sonuncu iclasda Fatima İbrahimbəyova, Qulu Məhərrəmli, Nadir Bədəlov və Rövşən İsax da İdarə Heyətinə seçiliblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 11-də Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb.

Təşkilatın 1981-ci ildə keçirilən V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib.

Rüstəm İbrahimbəyov 2022-ci il martın 11-də uzun sürən xəstəlikdən vəfat edib.

İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının üzvü və təsisçilərindəndir.

AKİ Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai, müstəqil təşkilatdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button