2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

AKP-yə icazə verdiyi üçün Fransa prezidentinin istefası tələb olunur – Danimarka isə daha da irəli getdi…

24saat.org saytı xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlunun Fransanın Metz şəhərində keçirdiyi toplantıdan sonra fransız siyasətçilər arasında ciddi polemika başlayıb.

Prezidentliyə Respublikaçılar partiyasının namizədi François Fillon prezident Fransua Hollandın “Avropa ilə həmrəylik içərisində olmamaqda” ittiham edib. Türkiyəyə qarşı xüsusi aqressiyası  ilə tanınan ultrasağçı Nicolas Dupont-Aignan isə “Balaca diktator üçün edilən bu toplantıya icazə verildiyi üçün Fransa adına utanıram” deyib.

Fransanın sağçı və ultrasağçı partiyalarının hamısı “Fransa üçün utancverici bu toplantıya icazə verən prezident Fransua Hollandın dərhal prezident kürsüsündən uzaqlaşdırılması” tələbi ilə çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

***

Danimarkanın baş naziri Rasmussen isə Türkiyənin Baş naziri Binali Yıldırımın ölkəsinə ziyarətini ləğv edilməsini təklif edib.

Səbəb kimi Türkiyənin Almaniya və Hollandiya yaşadığı gərginlik göstərilib. Xatırladaq ki, Baş nazir Yıldırımın 20 Martda Danimarkada mitinq təşkil etməyi planlaşdırılırdı.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button