2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Alen Simonyan: Mayın ortalarında Sahibə Qafarova ilə daha bir görüş keçiriləcək

Mayın ortalarında Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə daha bir görüş keçiriləcək. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyaya bildirib.

Qafarova ilə martın 22-də Cenevrədə keçirilən görüşün təfərrüatlarına toxunan spiker deyib ki, bu, Parlamentlərarası İttifaqın təşəbbüsü idi.

Onun sözlərinə görə, əvvəlcə müəyyən mübahisə baş verməsinə baxmayaraq, söhbət “tamamilə konstruktiv” idi. “Konstruktivlik ondan ibarət idi ki, biz qarşılıqlı etimadsızlıq mühitinin mövcud olması ilə razılaşdıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə parlament səviyyəsində əlaqələrə başlamaq qərara alınıb. “Mən bu məsələni fraksiyamız və komandamızla müzakirə etməli olduğumu dedim. O da öz komandası ilə müzakirə etməyə hazır olduğunu bildirdi və biz mayın ortalarında növbəti görüşü keçirmək barədə razılığa gəldik”. Onun sözlərinə görə, yeni görüş də Parlamentlərarası İttifaq platformasında olacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button