2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ali Məhkəmə İntiqam Əliyev, Anar Məmmədli və Xədicə İsmayıla nə zaman bəraət verəcək?

Bakı/19.11.21 Bu gün  Ali Məhkəmənin Plenumu 2013-cü ildə həbs edilərkən NİDA Hərəkatının üzvləri olan Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin tam bəraət verilməsi barədə qərar qəbul edib.

Bundan əlavə, qanunsuz həbsə və azadlıqdan məhrum olunmaya görə onlara 188 min manat məbləğində pul kompensasiyası ödəniləcək.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, həmin şəxslərin barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı tam şəkildə icra edilib.

Həmin şəxslər 2013-cü ilin yazında Bakıda ordudakı hərbi itkilərə qarşı etiraz aksiyalarının təşkililə əlaqədar həbs olunmuşdular.

Onlara qarşı kütləvi iğtişaşların təşkili, hərbi sursatlarının qanunsuz dövriyyəsi, özgə əmlakına ziyan vurulması və sair ittihamlar irəli sürülmüşdü.

2014- cü ilin mayında məhkəmə Qurbanlı və Axundovu 8, Həsənovu 7,6 və Məmmədlini 7 il müddətinə azadlıqdan məhrum etmişdi.

Ancaq tezliklə onlar Azərbaycan prezidenti tərəfindən əfv olundular və bundan sonra heç bir siyasi fəallıq göstərmədilər.

Sonra Avropa İnsan Hüquqları Məhkəməsi onların həbsinin qanunsuz olduğunu tanıyıb və Avropa Konvensiyasının 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) üzrə hüquqlarının pozulduğunu qərara alıb. Beləliklə, onların təqibində siyasi motivlər nəzərə alınıb.

Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 18 maddə üzrə hüquqlarının pozulması tanınan ərizəçilərin tam bəraət almasına israr edib.

Bundan öncə Ali Məhkəmənin Plenumu həmin kateqoriyadan olan şəxslər arasında REAL Partiyasının rəhbəri İlqar Məmmədova və Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərova bəraət qazandırıb.

Lakin Avropa Şurası Nazirlər Komitəsinin təkidli tövsiyələrinə baxmayaraq, tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, araşdırmaçı jurnalist Xədicə İsmayıl, gənc fəallar Bayram Məmmədov (vəfat edib) və Qiyas İbrahimov hələ də bəraət almayıblar. Onlar siyasi və vicdan məhbusları  kimi tanınıblar.

Sözügedən şəxslərin işlərinə Ali Məhkəmənin Plenumunda baxılmamasının səbəbləri aydın deyil.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button