2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına xəbərdarlıq etdi

“Səfər zamanı internetdə ünsiyyəti minimuma endirin”

Almaniya Xarici İşlər Nazirliyi Türkiyəyə səfər edən ölkə vətəndaşlarına internetdə ünsiyyət zamanı ehtiyatlı olmağı tövsiyə edib.

“Euronews” telekanalının məlumatına əsasən, XİN Türkiyədə olarkən sosial şəbəkələrdə və forumlarda bu ölkənin prezidenti və dövlət siyasəti ilə bağlı tənqidə, eləcə də bu tip paylaşımları bəyənməyə görə həbs təhlükəsinin olduğunu bildirib. https://ru.euronews.com/2018/10/24/gremany-warning-turkey-voyages-internet-liberty

Almaniya XİN vətəndaşlarına Türkiyədə səfərdə olarkən, terrorçuluğa bəraət qazandırmaq kimi qəbul ediləcək fikirlərin ifadə edilməsindən də vaz keçməli olduqlarını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik bir sıra oxşar faktlara əsasən, Avropadan olan vətəndaşların Türkiyədə həbslərinə istinadən, bildirib ki, xarici vətəndaşlar hətta geniş publika üçün bağlı olan bloq və forumlarda yazılara görə də həbs oluna bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button