Almaniyanın Hamburq şəhərində kilsəyə silahlı basqın nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb.
Alman mətbuatında yer alan xəbərlərə görə, silahlı şəxslər Yehovanın Şahidlərinə məxsus kilsədə saxlanılıb.
İlkin məlumata görə, hücumda 6 nəfər həyatını itirib, çoxlu sayda yaralı var. Hücum edən şəxs və ya şəxslər qaçıblar.
Hamburq polisindən verilən açıqlamada, GroßBorstel səmtindəki Deelböge küçəsindəki kilsədə atəş açıldığı, hücumdan sonra ölənlərin olduğu bildirilib. Çoxlu sayda insanın ağır yaralandığı bildirilir. (AA)
Tərcümə“24 SAAT”