2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib

Yanvarın 17-də Bakı Aepllyasiya Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvi Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi apellyasiya şikayətinə baxılıb.

Turanın verdiyi məlumata görə, məhkəmə yanvarın 9-da Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib. Vəkil bildirib ki, məhkəmə prosesi gərgin keçib. “Tofiq Yaqublu ona qarşı irəli sürülmüş saxta ittihamlara etirazını kəskin şəkildə bildirdi. Tofiq bəyi məhkəmə prosesindən çıxartdılar. Onun iştirakı olmadan proses davam etdi. Bizim verdiyimiz şikayət təmin olunmadı”, vəkil bildirib. Aqil Layıcın sözlərinə görə, məhkəmə şikayətin təmin etməməsi ilə bağlı heç bir əsaslandırma verməyib. “Bu tip işlərdə əsaslandırma olmur. Tam uydurma, şablon ifadələr, copy paste edib atırlar. Nəyinki bu Tofiq Yaqubluya qarşı olan işdə,ümum iyyətlə normal işlərdə belə məhkəmə nəzarəti funksiyası belə demək olar ki yoxdur. Birbaşa cinayət prosessual məcəllədən silib atmaq lazımdır”, Layıc qeyd edib. Bu deyilənlərlə bağlı məhkəmədən şərh almaq mümkün olmayıb. Amma Azərbaycan hakimiyyəti dəfələrlə , ölkədə məhkəmənin müstəqil və ədalətli olduğunu qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button