2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Araşdırma: Çində koronovirusdan hər gün 9 minədək ölən var

Çində ehtimal ki, koronovirus yoluxmasından hər gün 9 minədək insan dünyasını dəyişir.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Reuters agentliyi Britaniyanın Airfinity araşdırma şirkətinin tədqiqat nəticələrinə əsasən yazıb.

Airfinity-nin hesablamasına görə dekabrın 1-dək yoluxmadan ölənlərin sayı böyük bir ehtimalla 100 min nəfərə çatıb.

Hesabatda qeyd olunur Çin hakimiyyət orqanları günə yalnız bir neçə min yoluxmanın qeydə alındığını bildirir.

7 dekabr tarixli rəsmi məlumata görə isə koronovirus yoluxmasından cəmi 7 ölüm hadisəsi baş verib.

Pik nöqtəsi

Airfinity təxmin edir ki, ölüm hallarının sayı pik nöqtəsinə yanvarın 23-də, günə 25 min ölüm rəqəmi ilə çatacaq. Eyni zamanda o vaxt dekabrdan bəri ölənlərin sayı 584 min nəfərə yüksələcək.

Şirkətin bu açıqlamasından sonra məlum olub ki, ABŞ beynəlxalq reyslərlə uçan təyyarələrdən götürülən çirkab sularının analizini keçirməyi götür-qoy edir.

Bu, COVID-19 virusunun hər hansı yeni ştammının aşkar edilməsinə imkan verməlidir.

Bundan əvvəl ABŞ və bir sıra başqa ölkələr Çindən gələn sərnişinlərdən COVID-19 testinin mənfi nəticəsini təsdiqləyən sənəd tələb edəcəklər.

İmmunitet qazanmağa macal tapmayıblar

Koronavirus yoluxmalarının yeni dalğası Çində, dekabrın əvvəllərində, karantin qaydaları yumşaldıldıqdan sonra başlayıb.

Çinlilər hökumətin koronovirus epidemiyası ilə bağlı sərt tədbirlərinə, onun “sıfır yoluxma” siyasətinə müqavimət göstərir və etiraz edirdilər.

Nəhayət etirazların təzyiqi qarşısında geri çəkilən hakimiyyət karantin qaydalarını yumşaltmağa məcbur olub.

Lokdaun qaydaları yumşaldılıb, ictimai iaşə obyektləri, mağazalar, kinoteatrlar və başqa ictimai müəssisələr açılıb.

Lakin karantin tədbirləri yumşaldıldıqdan az sonra COVID-19-a yoluxma halları kəskin artıb.

Epidemioloqların fikrincə xəstələrin tam təcrid olunması siyasətinə görə Çin əhalisinin əksəriyyətində xəstəliyə qarşı immunitet formalaşa bilməyib.

24 saat” “
Araşdırma: Çində koronovirusdan hər gün 9 minədək ölən var
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button