Now Reading:
Arif Alışanov işdən çıxarıldı, həbs olunacaq

Arif Alışanov işdən çıxarıldı, həbs olunacaq

Arif Alışanov

AzTV sdri Arif Alışanov vəzifəsindən azad edilib.

24saat.org xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İham Əliyev sərəncam izmzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Arif Alışanov həbs olunacaq

az24saat.org saytına daxil olan məlumata görə, Arif Alışanov həbs olunacaq. Məlumatda deyilir ki, bir müddət öncə Arif Alışanova sui-qəsd ittihamı ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən, bir çox məqamlar ortaya çıxmışdı.

Belə ki, Arif Alışanovun, şamaxı, Kürdəmi və müxtəlif tayonlarda dəyəri milyonlarla ölçülən torpaq sahələri və əmlaklar alması cinayət işi materialalrında təsdiq olunub. Həmçinin təqsirləndirilən Şücaət Əkbərov bildirmişdi ki, Arif Alışanov Şamaxıya gəzdiyi qızla gəlib və onu dağdan çaya ataraq öldürüb. Bu məsələnin araşdırılmaması hətta Milli Məclisdə deputatlar səviyyəsində səsləndirilmişdi.

Həmin vaxt AzTV sədri olan Arif Alışanov bu məsələlərlə bağlı məsuliyyətdən yaxasını qurtarmağa nail olmuşdu.

Artıq onun həm milyonlarla torpaq sahəsinin alındığı vəsaitlərin hansı yolla əldə olunması, həm də qız ölümü ilə bağlı bağlı məsələnin araşdırıldığı bildirilir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə hökm oxunub. .

Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

A. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurdular.

Input your search keywords and press Enter.