2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ata Abdullayev jurnalistin həbsini tələb edir


Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin azadlığının məhdudlaşdırılmasıyla razılaşmır. O, jurnalistin həbs olunması üçün apellyasiya şikayəti verib. Bunu avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədov bildirib. 

Məhkəmə iclası T.Mirələmlinin apellyasiya şikayəti əsasında keçirilirdi. Jurnalist Xətai rayon Məhkəməsinin onun 1 il azadlığının məhdudlaşdırılması haqda hökmüylə razılaşmır, bəraət istəyir. 

T.Mirələmli deyir ki, hökmdən sonra Xətai rayon Məhkəməsinə ərizə verib, məhkəmə iclas protokolları ilə tanış olmaq istəyib. Üstündən iki aya yaxın vaxt keçsə də, ona heç bir cavab verilməyib: “Halbuki, protokollarla tanış olmaq, məhkəmədə baş verənlər təhrif olunubsa, protokola qeydlər vermək mənim hüququmdur”. 

Saytların yığılması Saytlarin yigilmasi

Hakim jurnalisti haqlı sayıb, bu əsasla da işi Xətai rayon Məhkəməsinə qaytarıb.  

Zərərçəkmiş qismində tanınan A.Abdullayev buna etiraz edib, T.Mirələmlini prosesi süni şəkildə uzatmaqda ittiham edib: “Mən Amerikaya getməliyəm, orada uşaqlarım var…” 

Xatırlatma 

T.Mirələmli fevralın 26-da – Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanır. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb.  

Həmin vaxt A.Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb: “Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim”. 

T.Mirələmli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir. 

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir. 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button