2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa İttifaqı jurnalistlərin müdafiəsi üçün yeni qaydalar tətbiq edir

Avropa İttifaqı Şurası jurnalistlərin və kütləvi informasiya vasitələrinin müdafiəsi üçün yeni qaydaların qəbul edildiyini bildirib. Avropa İttifaqı Şurasının press-relizində deyildiyi kimi, yeni qanun Avropa İttifaqı məkanında KİV azadlığını və plüralizmini, redaksiya müstəqilliyini təmin edəcək.

Avropa KİV azadlığı haqqında qanun (EMFA) daxili bazarda media- xidmətlər üçün ümumi strukturu müəyyən edəcək, jurnalistləri və kütləvi informasiya vasitələrini siyasi müdaxilədən qorumaq üçün tədbirlər görəcək.

Yeni qaydalar vətəndaşların sərbəst məlumat əldə etmək hüququnu təmin edəcək və onun qorunması üzrə müvafiq şərtlərin təminatına görə üzv dövlətlərin məsuliyyətini müəyyənləşdirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Müstəqil KİV istənilən azad və demokratik cəmiyyətin mühüm elementidir. Bugünkü qəbul Avropa İttifaqının jurnalistləri, KİV azadlığını və plüralizmi qorumaq üçün davamlı öhdəliyini nümayiş etdirir”, – Belçikanın gənclər və KİV üzrə naziri Benjamin Dalle deyib.

Bu sənəd həm özəl, həm də dövlət KİV-in redaksiya qərarlarına siyasi müdaxiləyə qarşı mübarizə aparmağa,  jurnalistləri və onların mənbələrini qorumağa, həmçinin KİV azadlığını və plüralizmini  təmin etməyə yönəlib.

Media-xidmətlər üzrə  müstəqil Avropa Şurası yaradılacaq. Şuraya milli KİV orqanlarının nümayəndələri daxil olacaq və o, bütün üzv dövlətlərdə yeni EMFA qanununun müddəalarının tətbiqinə kömək edəcək. Yeni sənəd 20 gündən sonra qüvvəyə minəcək, Avropa İttifaqı Şurasının məlumatında deyilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button