2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 9-cu paketini razılaşdırıb

Avropa İttifaqına üzv ölkələr Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Moskvaya qarşı sanksiyaların 9-cu paketini razılaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosunun Avropa işləri üzrə redaktoru Rikard Yozvyak özünün Twitter hesabından yazıb.

Bundan əvvəl xəbər verilirdi ki, 9-cu paketin məhdudlaşdırıcı tədbirlərinin arasında Rusiyaya hər hansı pilotsuz uçuş aparatlarının və bu aparatlar üçün mühərriklərin satılması qadağanı da olacaq.

Bu da qeyd olunur ki, PUA-ların və dron mühərriklərinin onları sonradan Rusiyaya ötürə biləcək ölkələrə satışı da qadağan oluna bilər.

Avropa İttifaqı habelə Rusiyanın dağ-mədən sektoruna hər hansı yeni investisiyaları qadağan edəcək.

Bundan başqa Rusiyaya potensial olaraq hərbi məqsədlərlə istifadə oluna biləcək mülki texnologiyaların ixracına ciddi nəzarət qoyulacaq.

Şərqi Avropadan olan üzvlər daha sərt sanksiyalar tələb edirlər

Xəbər verilir ki, Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi zamanı bir sıra Şərqi Avropa ölkələri bəzi üzv ölkələrin sanksiyaları yumşaltmaq cəhdlərini tənqid ediblər.

Diplomatlar bildirirlər ki, sanksiyaların kompromislə əldə olunmuş siyahısına daha 200 nəfərin adları əlavə olunacaq.

Sanksiyaların 9-cu paketinə dair rəsmi bəyanatın dekabrın 16-da veriləcəyi gözlənilir.

Sanksiyalara dair müzakirələrin uzanması habelə Rusiya gübrəsinin Avropa limanlarından keçməklə ixracına icazə verilməsi ətrafında mübahisələrlə bağlı idi.

Avropa İttifaqının bir sıra ölkələri Rusiya gübrəsinin, hətta onların sahiblərinin sanksiya altında olan oliqarxlar olduğu təqdirdə belə Avropa limalarından keçməsinə icazə verilməsinə tərəfdardırlar.

24 saat” “
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 9-cu paketini razılaşdırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button