2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa İttifaqı Ukraynadakı hərbi təlimlərlə bağlı missiyasını açıqlayıb

Yayımlandı: 23 Avqust 2022 15:39

“Ukraynaya verdiyimiz müasir silahlardan düzgün istifadə üçün təlimlərə gərək var”

Avropa İttifaqı (Aİ) Ukrayna qüvvələri üçün təlim keçirməyi müzakirə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin təlimlərin Ukraynaya qonşu ölkələrdə həyata keçirilməsi təklif edilir.

Avqustun 22-də ittifaqın xarici işlər komissarı Josep Borrel deyib ki, bu, çox böyük missiyadır.

O bildirib ki, əlbəttə, hər bir missiya münaqişənin səviyyəsinə uyğun olmalıdır.

İspaniyanın şimalındakı Santander şəhərində keçirilən mətbuat konfransında danışan Borrell bu addımın gələn həftə Aİ müdafiə nazirlərinin Praqada keçiriləcək iclasında müzakirə ediləcəyini deyib.

ABŞ və Qərbin Ukraynaya verdiyi silah, texnika və kəşfiyyat məlumatları Ukrayna qüvvələrinə Rusiya ordusunun hücumlarını dayandırmaq imkanı verməsə də, onları yavaşlatmaq şəraiti yaradıb.

Borrel onu da deyib ki, Ukrayna qüvvələrinə təlimlər məntiqli görünür: “Müharibə uzanır və daha da uzanacağı hiss olunur. Bu da Ukraynaya maddi təchizatdan daha artıq dəstək tələb edir. Biz hazırda üzv ölkələrlə bu məsələni müzakirə edirik. Əsas siyasi müzakirə isə gələn həftə olacaq”.

Borrel təlimlərin praktikada necə həyata keçiriləcəyi barədə ətraflı danışmayıb.

Cozep Borrell . Foto: “europarl.europa.eu/”

O, nazirlərin planı təsdiq edəcəklərini bildirib və əlavə edib ki, ukraynalı hərbçilərə təlim öz vətənlərində deyil, qonşu ölkələrdə keçiriləcək.

O, Polşa, Çexiya, Ukraynaya qonşu olmayan Birləşmiş Krallığın və Fransanın adlarını çəkib: “Bizim Ukraynaya verdiyimiz silahlar çox müasirdir. Onlardan düzgün istifadə üçün müəyyən təlimlərə gərək var. Lakin biz bunu Ukraynanın öz ərazisində etməyi düşünmürük”.

Daha öncə Avropa İttifaqı bildirmişdi ki, Ukraynada Hərbi Məşvərət və Təlim Missiyası yaradılması məsələsinə baxılacaq.

Avropa mənbələrinin verdiyi məlumata görə, hərbçilərə təlim verilməsi xahişiylə Borrelə Ukraynanın xarici işlər və müdafiə nazirləri müraciət edib.

Fevralda Rusiyanın müdaxiləsindən öncə Avropa müdafiə nazirləri ukraynalılara təlim verilməsinə dair ilkin razılığa gəlib.

Bundan əlavə, fevralın 28-dən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Avropa İttifaqı Ukraynaya silahların alınmasına 2.5 milyard avro ödəyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button