Loading...
Loading...
SEÇMƏ

Avropa Parlamentinin deputatları gecə klubunda dava saldı

Fransa polisi ötən gecə Avropa Parlamentinin deputatlarının iştirakı ilə baş verən insidenti araşdırır.

Yerli DNA (Les Dernières nouvelles d’Alsace) agentliyinin xəbərinə görə, hadisə Strasburqdakı gecə klubunda baş verib.

Estoniyadan olan 2 deputat gecə barına girərkən mühafizə xidməti onlardan qarderob üçün ödəniş tələb edib. Lakin deputatlardan biri bundan imtina edərək mühafizəçini təhqir edib.

Digər deputat isə mühafizəçini vuraraq yerə yıxıb. Barın rəhbərliyi müştərilərin Avropa Parlamentinin deputatı olduğunu bildiyi üçün münaqişənin böyüməsinə imkan verməyib.

Estoniya mətbuatı insidentdə adı keçən deputatları müəyyən edib. Onlardan biri keçmiş baş qərargah rəisi Riho Terras, digəri isə, vaxtilə Hitlerlə bağlı müsbət fikirlərinə görə qalmaqal yaratmış Yaak Madisondur.

24 saat” “Avropa Parlamentinin deputatları gecə klubunda dava saldı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Avropada Ukrayna ilə bağlı nə düşünürlər - SORĞU

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun