2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa Şurası: Türkiyədə konstitusiyaya dəyişiklik geriyə doğru təhlükəli addımdır

Avropa Şurası Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi təklifini geriyə doğru təhlükəli addım adlandırıb.

Qurumun bəyanatında bildirilir ki, prezidentə parlamenti buraxmaq səlahiyyəti verəcək dəyişikliklər demokratik prezident sisteminə tamamilə yaddır.

Şuranın qərarı 1950-ci ildən 47 ölkənin üzv olduğu qurumda yer alan Türkiyə üçün icbari deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qüdrətli bir prezidentliyin ölkədə sabitliyin qorunması və əvvəlki zəif koalisiyalara yol verilməməsi üçün zəruri hesab edir.

Opponentlər dəyişikliklərin Türkiyədə hakimiyyətin bir əldə cəmləşəcəyini deyərək, bunu fundamental hüquqlar və azadlıqlara zidd adlandırır.
Türkiyənin xarici işlər naziri qarşıdan gələn referenduma dəstək məqsədi ilə Hollandiyaya səfər edəcəyini bildirib.

Mevlut Çavuşoğlu CNN Türk kanalına müsahibəsi zamanı deyib ki, Rotterdamda referendumu dəstəkləyən Türkiyə vətəndaşları ilə görüşəcək.

Nazir səfərinə icazə verilmədiyi təqdirdə Niderlanda ağır sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlır verib.

Çavuşoğlu hökumətlərin yürüşləri yasaqlamasını faşist siyasəti adlandırıb. O deyib ki, Almaniya və Hollandiyanın aprelin 16-na təyin edilən referenduma “hə” deyənləri susdurması, Avropanın referendum əleyhinə olanların tərəfinin saxlanması demək olacaq.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button