2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP fəalı Orxan Baxışlıya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının cinyət işi üzrə məhkəmə prosesi başa çatıb.

24saat.org xəər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrlik ediyi kollegiyanın hökmü ilə Orxan Baxışlı 6 il müddəinə azadlıqdan məhrum edilib.
Orxan Baxışlı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli-miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsilə təqsirli bilinib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında O.Baxışlının 7 il müddətinə azadlıqdan mıhrum edilməsini təklif etmişdi.
Orxan Baxışlı mayın 7-də saxlanılan zaman üzərindən 6 qram heroin tapıldığı iddia olunsa da, o, ittihamı rədd edir, narkotiki cibinə atıldığını bildirir.
AXCP-dən isə bildirilib ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb.
Həmin çıxışda gənc fəal 13 il əvvəl Elmar Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib.
Hakimiyyət rəsmiləri isə belə iddiaları rədd edirlər və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button