2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Aygün Kazımovanın 30 illik dostundan İRAD – VİDEO

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə məşhur bəstəkar Cavanşir Quliyev haqqında xoş sözlər bildirib.

Publika.az xəbər verir ki, müğənni illərdir yaxın dostluq etdiyi bəstəkarın ona hər zaman dəstək olduğunu vurğulayıb. O, paylaşdığı videoda bəstəkarla hazırda yeni mahnı üzərində çalışdıqlarını qeyd edib:

“Canım Cavanşir müəllimlə studiyada yeni mahnı üzərində çalışırıq. O, düz 30 ildir ki, yorulmadan, bezmədən, usanmadan mənə öyrədir, dərs keçir və bu dərslər hələ də davam edir. Bəndəniz də öyrənir, dinləyir və çalışır… Hələ nə qədər öyrənəcəklərim var. Çünki Cavanşir Quliyev məktəbi, sənəti bitməzdir, tükənməzdir, sonsuzdur! “Şairim” adlanan yeni mahnının sözləri Miri Yusif Mir Salehoğluna, musiqisi Cavanşir Quliyevə aiddir”.

Saytların yığılması Saytlarin yigilmasi

Videoda C.Quliyevin mahnının yazılma prosesində A.Kazımovaya iradlar tutması diqqətdən yayınmayıb.

Onu da qeyd edək ki, xalq artisti bir neçə gün sonra 46 yaşını qeyd edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button