2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan qazı daxilə xaricdən baha sata bilər?

Yayımlandı: 20 Fevral 2023 13:12

Azəri-Çıraq-Günəşlidən 1 aya 625, 1 milyon gəlir götürülüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yanvarda Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilən mənfəət nefti satışından 625 milyon 74 min ABŞ dolları gəlir əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə ARDNF-in yaydığı məlumatda bildirilir.

Ötən ilin eyni dövründə bu rəqəm 683,1 milyon dollar olub. Builki gəlir ötən ilə baxanda 58 milyon dollar və ya 8,5 faiz çoxdur.

İqtisadçı Qubad İbadoğlu deyir ki, ARDNF ildən-ilə ictimai informasiyaların açıqlanmasını məhdudlaşdırır.

Onun sözlərinə görə, ARDNF Şahdəniz yatağından (qaz və kondensat) 2023-cü ilin yanvarında əldə edilən gəlirlər barədə məlumatı dərc etməyib:

“Lakin əldə etdiyimiz məlumata görə, yanvarda ixrac edilən təbii qazın həcmi ötən ilin eyni ayı ilə müqayisədə 84,1 faiz, dəyəri isə 663 milyon dollar az olub. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, bu ilin yanvar ayında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 140 milyon ABŞ dolları təşkil edib”.

İqtisadçı bildirib ki, Dövlət Statistika Komitəsi də 2023-cü ilin yanvar ayında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatının 6,9 faiz, əmtəəlik qaz hasilatının isə 1,3 faiz azaldığını açıqlayıb:

“Qaz gəlirlərinin kəskin azalmasının səbəbi 2021-ci ilin avqust ayının sonundan bəri Avropada qazın qiymətinin minimuma enməsidir. Belə davam edərsə, Azərbaycan qazı daxildə xaricdən baha satılacaq. Odur ki, Azərbaycan hökuməti daxili bazarda qaz qiymətlərini ucuzlaşdırmaq barəsində düşünməlidir”.

Qubad İbadoğlu əlavə edir ki, əksi də ola bilər. Yəni Avropaya qazı siyasi məqsədlər üçün satan Azərbaycan hakimiyyəti ordan itkiləri kompensasiya etmək üçün daxili bazarda qazın qiymətini bahalaşdırmağa əl atar.

ARDNF-dən 2023-cü ilin yanvarında Şahdəniz yatağından nə qədər gəlir əldə edilməsi ilə bağlı məlumat almaq mümkün olmayıb. 

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button