2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın iki hərbçisinin minaya düşdüyü bildirilir

Yayımlandı: 22 Avqust 2022 12:59

Hər iki hərbçinin xəsarət aldığı açıqlanıb

Azərbaycanın iki hərbçisinin Laçın rayonunda minaya düşdüyü bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də, Heydər Gülmalıyev isə avqustun 21-də Laçın rayonunda minaya düşüb.

“Onların müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”, – deyə açıqlamada qeyd olunur.

Avqustun 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 239 piyada əleyhinə mina, 140 tank əleyhinə mina və 125 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında qeyd olunub.

Agentlik 562 hektar ərazinin mina və PHS-lərdən təmizləndiyini bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button