2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanla Ermənistan arasındakı dəmir yolu əlaqəsinin bərpası üçün ümumi anlaşma əldə olunub

Baş nazirlərin müavinləri Rusiyada bir araya gəldi

İyunun 2-də Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə üçtərəfli İşçi Qrupun iclası keçirilib.

İclas mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyannın üçtərəfli görüşündə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə təşkil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qeyd edir ki, görüş “konstruktiv şərait”də keçib.

İclasda Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası sahəsində əldə edilən irəliləyişlər müsbət hal kimi qeyd edilib.

Eyni zamanda, iki ölkə arasındakı dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.

Rusiya tərəfi qeyd edir ki, danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan rəhbərliyinə tezliklə məlumat veriləcək.

Görüşün sonunda tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa da gəliblər.

Mayın 25-də Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra elan edilmişdi ki, yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəhbərləri tez-tez həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bir araya gəlir, sülh danışıqları aparır.

Lakin bu günədək tərəflər arasında, sülh sazişi imzalanmayıb.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button