Manşet

AZAL şefi Cahangir Əsgərov vəzifəsini itirdi

No 24saat.org saytına daxil olan və hələlik təsdiqlənməyən xəbərə görə, “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru Cahangir Əsgərov tutduğu vəzifəsindən azad olunub.

Məlumatın yaxın dəqiqələrdə hakimiyyətə yaxın saytlarda yayımlanacağı gözlənilir.

Xatırladaq ki, o, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.

1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Evlidir, 2 övladı var.

XATIRLADAQ Kİ, CAHANGİR ƏSGƏROVUN VƏZİFƏDİNİ İTİRMƏSİ İLƏ BAĞLI SAYTIMIZA DAXİL OLAN MƏLUMAT TƏSDİQİNİ TAPMAYIB. Hazırda o, vəzifəsini icra etməyə davam edir.

24saat.org

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close