2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

AzTV də kadr dəyişiklikləri – Ranar Musayev sədr olacaq

Azərbaycan Televiziyasında narazılıq baş alıb gedir. AzTV-də işdən haqsız çıxarılan və buna etiraz edənlərin sayı hər gün artmaqdadır. Əldə etdiyimiz məlumata görə, işdən çıxarıldıqdan sonra Azərbaycan Televiziyasının qarşısında intihar etməyə cəhd edən Səidə Vəliyeva belə, işə bərpa edilməyib.

Həmçinin, televiziyanın şərlənərək işdən çıxarılan sürücü heyəti də işə geri qaytarılmayıb.

Amma “24 saat“a AzTV daxilindən verilən məlumata görə, bu yaxınlarda onlar işlərinə bərpa olunacaqlar. Çünki televiziyanın sədri Rövşən Məmmədov öz postunu hazırda bədii rəhbər olan Ranar Musayevə təhvil verməli olacaq. Hazırda R. Musayev televiziya daxilindəki narazılıqları yatırmaqla məşğuldur. O, narazı əməkdaşlarla təkbətək görüşlər belə keçirib və bildirib ki, bu yaxınlarda onların maaşları artırılacaq. Saytımıza verilən məlumatda bildirilir ki, R. Musayev həmin görüşlərdə aşkar şəkildə sədr vəzifəsinə təyinat alacağını səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər məlumatda isə, hazırda Baş prodüser vəzifəsində çalışan Nazilə Babayevanın vəzifəsindən uzaqlaşdırılacağı, onu isə Ranar Musayevin yaxın qohumu, hazırda redaktor vəzifəsində çalışan aktyor Ziya Ağanın əvəz edəcəyi iddia olunur. Bundan əlavə, Ranar Musayev kadrlar departamentinin rəhbəri İlhamə Hüseynovanın yerinə də öz namizədini hazırlayıb. Həmin posta “Azad Azərbaycan” Televiziyasından sürpriz transfer olunacağı məlumdur.

AzTV daxilindən məlumat ötürən mənbə həm də iddia edir ki, bir müddət əvvəl işdən qovulan Hüsniyyə Babayeva da Mədəniyyət kanalına direktor təyin ediləcək.

Qeyd edək ki, son bir ildə vəzifələrə təyinatlar yalnız və yalnız Ranar Musayevin təqdimatı əsasında baş verib. O, ətrafını özü gəlməzdən əvvəl hazır edib.

Qeyd edək ki, Ranar Musayevin sədr gətirilməsi xəbəri əməkdaşlar tərəfindən xoş qarşılanıb.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button