2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Bağçalarda bahalaşma başladı – TƏRBİYƏÇİLƏR RÜŞVƏTİ DEVALİVASİYAYA UYĞUN İSTƏYİR

 

Azərbaycanda dövlət büdcəsi hesabına maliyyələşən uşaq bağçalarının pullu olacağı haqda xəbərlər artıq bazarı canlandırıb.

24saat.org-a daxil olan məlumata görə, Bakı və Sumqayıtda uşaq bağçalarında tərbiyəçilərə verilən “haqq”ın məbləği artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əldə etdiyimiz bilgilərə görə, tərbiyəçilərinm aylıq rüşvəti də bahalaşıb. Buna səbəb bir tərəfdən ölkədəki iqtisadi vəziyyət, qiymət artımıdırsa, digər səbəb dövlət bağçalarının pullu xidmətə keçid hazırlığıdır.

Məlumatda bildirilir ki, tərbiyəçilər artıq valideynlərə xəbərdarlıq ediblər. Dekabrdan yeni tariflər qüvvəyə minir. Onlar elə izah etməyə çalışıb ki, dolanıçşıq çətinləşib, bağçaların xərci artıb, qaz və elektrik sərfiyyatı bahalaşıb.

Dövlət bağçalarında əsasən aztəminatlı ailələrin, kasıbların və işləməyə ehtiyacı olanların övladları saxlanır. İmkanlı ailələrin uşaqları özəl bağçalara yerləşdirilir.

Valideynlər narazılıq edir ki, tərbiyəçilərin aylıq pulu artırması, ardınca dövlət bağçalarında pullu xidmətə keçid onların vəziyyətini pisləşdirəcək.

2017-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrinin ödənişli olması və Bakı qeydiyyatı olmayan uşaqların bağçalara cəlb edilməyəcəyi ictimaiyyətdə dərin müzakirələrə səbəb olub.

24saat.org xəbər verir ki, həmçinin ödənişli uşaq bağçalarında vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi də təklif olunur.

Hazırda əhalinin gəlirinin aşağı olduğu bir dövrdə bağçaların pullu olması nəyə gətirib çıxara bilər? Bağçalar əslində məktəbəqədər hazırlığı həyata keçirirlər. Digər tərəfdən, bu, valideynlərin işləməsinə şərait yaradır.

Hazırda dayə adlı bir anlayış var. Lakin hər adam dayə saxlamaq imkanına malik deyil. Bağçaların ödənişli olması Azərbaycan reallığına uyğun gələn məsələ deyil.

İndiki vəziyyətdə əksər valideynlərin özəl bağçalara imkanı olmadığı üçün, onların son ümid yeri dövlət bağçalarıdır. Dövlət bağçalarının da pullu olmasından sonra əhalinin vəziyyətinin necə olacağını fikirləşən yoxdur.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov bu haqda məlumat verib. Bildirib ki, bağçalarda dövlətlə valideynin müştərək maliyyələşmə mexanizminin tətbiq edilməsi mümkündür. Yəni, dövlət bağçaları pullu ediləcək, lakin pulun bir hissəsini dövlət, bir hissəsini isə valideyn ödəyəcək.

Deputat Fazil Mustafa bildirib ki, bunun heç bir məntiqi izahı yoxdur. Deputat qeyd edib ki, nazirin açıqlamasında dediyi mexanizmdə özəl bağçaların ödənişinin dövlətlə bölüşdürülməsi nəzərdə tutulmuş ola bilər. Onun sözlərinə görə, dövlət bağçaların maliyyələşməsini öz üzərinə götürübsə, həyata keçirməyə borcludur.

(istifadə olunan foto şərtidir)

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button