2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bahalaşma marketləri müştərilərə yalvarmağa məcbur etdi…

Ölkəni bürüyən bahalaşma vətəndaşlarla bərabər iş adamlarını, eyni zamanda market və supermarket sahiblərini də çətin duruma salıb. Yəni vaxtilə Hesablama Palatasının sədri qismində parlamentdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədovun təbirincə desək, bu dəfə bahalaşma Azərbaycan iqtisadiyyatına sürtünüb kçmədi, necə deyərlər, lap ortasına daxil olaraq onu dağıtmaqdadır.

Elə Moderator.az-ın oxuculara təqdim etdiyi fotodan da görünür ki, paytaxtdakı supermarketlər müştəri qıtlığı çəkir və çarəsizlikdən həvəsləndirici təkliflərlə insanların könlünü almağa çalışırlar.

Bu endirimlərin həqiqəti əks etdirib – etdirmədiyi başqa söhbətin mövzusudur və bəllidir ki, adətən bu cür təkliflər sadəlöhv müştərini aldatmağa hesablanır. Amma istənilən halda marketlərin belə mağmın duruma düşməsi ölkədəki real vəziyyəti çılpaqlığı ilə əks etdirir…

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button