2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı azərbaycanlı əsgəri yaralayan erməni hərbçilərin verilməsini tələb edir

Bakı/27.08.21 Azərbaycan vilayətlərarası və dövlətlərarası əhəmiyyətli Qorus-Qafan yolunun (yol İranla sərhədə doğru aparır) açılması ilə bağlı erməni tərəfilə danışıqlar aparmaqdan imtina edib. “Sputnik Armeniya” xəbər verir ki, azərbaycanlılar Rusiya hərbçiləri ilə əlaqə saxlayırlar.

Agentlik qeyd edir ki, Bakının Sünik vilayətində Qorus-Kapan yolunun hissələrinin açılması ilə bağlı erməni tərəfilə danışıqlardan imtina etməsi Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin yaralanması ilə əlaqədar irəli sürülən tələblərlə bağlıdır.

Avqustun 25-də Azərbaycan Dövlət Sərhəd Xidməti “Qubadlı” xüsusi sərhəd bölməsinin ərazisində xidmət keçən hərbi qulluqçu Ruslan Şirəliyevin yaralanması barədə məlumat verib. Bakıda bildirirlər ki, azərbaycanlı əsgərə iki erməni hərbçi hücum edib və onu süngü ilə sinəsindən yaralayıb. Azərbaycan Dövlət Sərhəd Xidməti “təxribata adekvat cavab verməklə” hədələyib.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə “Sputnik-Armeniya”ya bildirib ki, əvvəlcə Azərbaycan tərəfi araşdırma üçün “hərbi qulluqçunun yaralanması ilə bağlı insidentin günahkarlarının verilməsinə” təkid edib.

Görünür, erməni tərəfilə təmasdan imtina edilməsi və yalnız Rusiya hərbçilərilə danışıqlar aparmaq istəyi məhz bununla bağlı olub.

Azərbaycanlıların mövqeyi o məntiqdən irəli gəlir ki, onların hərbçisi “onların ərazisində yaralanıb” və onlar bunu təxribat kimi qəbul edirlər. “Sputnik Ermənistan”ın mənbəsinin məlumatına görə,  əlaqələr güclü emosional gərginliklə müşayiət olunur. İndi əsas vəzifə hər iki tərəfi qane edəcək qərara nail olmaqdır.

Hər şey ona doğru gedir ki, Ermənistan və Azərbaycanın istintaq xidmətlərinin nümayəndələri hadisə yerinə getməlidirlər. Bu, danışıqlarda başlanğıc nöqtəsi olmalıdır, bundan sonra yolun hazırda bağlanmış sahələri üzrə hərəkətin açılması barədə razılığın əldə edilməsi real olacaq, mənbə bildirib.

Qafan-Qorus avtomagistralının Karmrakar-Şurnux sahəsində hərəkət avqustun 25-də bağlanıb. Yaxınlıqdakı nəqliyyat vasitələri evakuasiya edilib. Avqustun 26-da azərbaycanlı hərbçilər Qorus-Vorotan yol sahəsini də bağlayıblar.—0—

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button