2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakının mərkəzində torpaq satmaqda ittiham olunan bələdiyyə sədri özünü günahkar saymır

Yayımlandı: 26 Yanvar 2023 15:04

Əhməd Hüseynov: “Özümü qətiyyən təqsirli bilmirəm”

Səbail bələdiyyəsinin keçmiş sədri Əhməd Hüseynov paytaxtın mərkəzi rayonunda torpaq sahələrini qanunsuz satmaqda ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş bələdiyyə sədri bu ittihamla cinayət məsuliyyətinə cəlb olunsa da, yaşı nəzərə alınaraq, həbs edilməyib.

O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Hakim Məhəmməd Əkbərovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

Məlum olub ki, Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29.178.4 (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı), 320.1 (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1 (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələrilə ittiham verilib.

Cinayət işinin materiallarında yazılıb ki, bələdiyyə torpaqlarının bələdiyyənin qərarıyla satılmalı olmasına baxmayaraq, Əhməd Hüseynov qanunun bu tələbini pozub.

İttihama əsasən, o, 2003-2009-cu illərdə Salyan şossesi 12 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 3200 kvadrat metr torpaq sahəsini bələdiyyə üzvlərinin xəbəri olmadan satıb.

Həmin torpaq sahəsinin 1000 kvadrat metri 2003-cü ilin dekabrında Əhməd Hüseynovun sərəncamıyla Allahyar Şahmarova, 600 kvadrat metri 2006-cı ilin dekabrında onun oğlu Şahmar Şahmarova, 400 kvadrat metri 2005-ci ilin dekabrında digər oğlu Ramil Şahmarova, 1200 kvadrat metri Lalə Əliyevaya satılıb.

İş materiallarında iddia olunur ki, Əhməd Hüseynov Səbail bələdiyyəsinin möhür və ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyib, gizlədib.

2019-cu ildə isə tanışıyla birlikdə ondan saxta sənəd hazırlanmasında istifadə olunub.

Cinayət işində Əhməd Hüseynovun ümumilikdə 1 milyon 824 min manat dəyərində 1.52 hektar torpaq sahələrini satmağa, həmin əmlaklarla bağlı müəyyən addımlar atmağa cəhd göstərdiyi iddia olunur.

Bunun da 1 milyon 248 min manatlıq hissəsi dövlət mülkiyyətində, 576 min manatlıq hissəsi isə Səbail bələdiyyəsinin balansında olan torpaqlar olub.

Prokurorun elan etdiyi bu ittihamlara münasibət bildirən Əhməd Hüseynov deyib ki, burada yazılanların heç biri ilə razı deyil.

O, özünü qətiyyən təqsirli bilmir.

Əhməd Hüseynov növbəti məhkəmə iclasında ətraflı ifadə verəcək.

Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button