2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

Bank Respublika “Sədərək” ticarət mərkəzində yeni filialını açdı!

®Ölkəmizdə sahibkarlığın inkişafına daim dəstək verən Bank Respublika, kiçik və orta sahibkarlara xidmət göstərmək üçün “Sədərək” ticarət mərkəzinin ərazisində müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialını müştərilərin ixtiyarına verib.

Saytların yığılması Saytlarin yigilmasi

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.

Tədbirdə iştirak edən sahibkarlar ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın “Sədərək” ticarət mərkəzində filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.

“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 33 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

03 Sederek scaled 04 Sederek scaled

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button