2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Baş redaktor Ülvi Həsənli və tanınmış bloqqer Mehman Hüseynov saxlanıldı

“24 saat” xəbər verir ki, abzas.net saytının baş redaktoru Ülvi Həsənli və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunin (RATİ) sədri, tanınmış bloqqer Mehman Hüseynov bu gün çəkilişdən qayıdan zaman polislər tərəfindən saxlanılaraq Abşeron Polis isrəsinə aparılıblar.

Mehman Hüseynov

Sosial şəbəkə profilindən hadisə ilə bağlı məlumat verən Mehman Hüseynov bunları qeyd edib:

“Nə baş verir? Çəkilişdən gəlirdik. PPX və YPX tökülüşüb yolumuzu bağlayıb bizi saxlayıblar. Səbəbi soruşanda, “rəis belə göstəriş verib” 😁 Yenə jurnalist ovuna çıxıblar deyəsən.”

Saytların yığılması Saytlarin yigilmasi
Mehman Hüseynovun paylaşımı

Abzas.net saytının baş redaktoru Ülvi Həsənli də feysbuk profilindən paylaşım edərək hadisəni təsdiqlətib:

Mehmanla Novxanıda çəkilişdən qayıdan zaman iki polis maşını bizi saxlayıb. Sənədləri alıb gözlədirlər. Biz də gözləyirik.

Abzas.net saytının Baş redaktoru bunları yazıb

“24 saat” bildirir ki, jurnalistlərin hansı səbəbdən polis idarəsinə aparıldığı barədə məlumat yoxdur.

XATIRLATMA

2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə baş tutan məhkəmə prossesində hakim Ceyhun Qədimovun verdiyi hökmə əsasən Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edilib. O 2 mart 2019-cu ildə azadlığa çıxıb.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button