2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bayden ‘aramsız müharibə’ erasının bitdiyini dedi

Prezident Co Bayden sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatında söylədiyi ilk nitqdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını bir daha müdafiə edib.

O deyib ki, onun administrasiyası diqqətini bir çox qlobal çətinlikləri diplomatiya yolu ilə həll etməyə yönəldəcək:

“Biz Əfqanıstanda 20 illik münaqişəyə son qoyduq və biz bu aramsız müharibə erasını bağlayaraq yeni – aramsız diplomatiya erasını açırıq…”

Saytların yığılması Saytlarin yigilmasi

Əfqanıstandan “xaotik çıxışa” görə müttəfiqlər tərəfindən tənqid edilən ABŞ prezidenti bunu da deyib ki, “ABŞ hərbiyyəsi dünya boyunca baş verən hər bir problemə cavab ola bilməz”:

“Missiya aydın və yerinə yetirilməsi mümkün olmalıdır, buna Amerika xalqının razılığı olmalıdır və missiya mümkün olduğu bütün hallarda müttəfiqlərlə birlikdə həyata keçirilməlidir”.

Bayden deyib ki, “keçmişin müharibələrini davam etdirməkdənsə, biz gözlərimizi COVID-19 pandemiyası, iqlim dəyişikliyi, insan haqlarının pozulması kimi başqa qlobal problemlərə açmalıyıq”.

ABŞ prezidenti bəyan edib ki, dünya böhranlar silsiləsinin ardınca indi dönüş nöqtəsindədir.

Avtoritarlar səhv edirlər

Bayden bildirib ki, insan potensialının açılması üçün demokratiya ən yaxşı alətdir. O habelə avtoritar hökumətlərin təhlükəsindən söz açıb:

“Dünya boyunca avtoritarlıq demokratiya zəmanəsinin bitdiyini elan etmək istəyə bilər. Lakin onlar səhv edirlər. Həqiqət dünyanın hər yerində demokratiya deməkdir. Bu həqiqət Belarus, Birma, Suriya, Kuba, Venesuelada və başqa yerlərdə gedən mübarizə xəttindəki antikorrupsiya fəallarında, insan haqları müdafiəçilərində, jurnalistlərdə, sülh etirazçılarında yaşayır”.

Bayden deyib ki, məsələn, Moldovada demokratiya qüvvələri böyük uğur qazanıblar, korrupsiyaya qarşı mübarizə üçün mandat əldə ediblər.

ABŞ prezidenti İran məsələsinə toxunaraq deyib ki, Birləşmiş Ştatlar 2015-ci ilin nüvə sazişinə, əgər Tehran da bu sazişin şərtlərinə qayıdarsa qayıdacaq.

Keçmiş prezident Donald Tramp öz ölkəsini bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra, Tehranın üzərinə boğucu ABŞ sanksiyaları bərpa olunub. Tehran buna cavab olaraq sazişin şərtlərindən mərhələ-mərhələ geri çəkilib.

Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar İranla diplomatik danışıqlar aparmaq və nüvə sazişinə qayıtmaq üçün Çin, Rusiya, Fransa, Britaniya və Almaniya ilə birlikdə çalışır.

ABŞ prezidenti Çinin adını çəkməsə də bəyan edib ki, Birləşmiş Ştatlar yeni bir Soyuq müharibə, bloklara parçalanmış dünya istəmir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button