2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayden Əliyevə məktubunda ABŞ-ın Azərbaycanla tərəfdaşlığa sadiq qaldığını bildirib

ABŞ prezidenti Cozef Bayden qarşıdakı Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda ABŞ xalqı adından Azərbaycan prezidentinə və xalqına xoş arzular ifadə olunub.

“Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm. Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün sizinlə birgə çalışmağı arzu edirəm”, – Azərbaycan prezidentinin saytında dərc olunmuş məktubda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button