2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosial

Bayılda hər an faciə gözlənilir – FOTOLAR (ÖZƏL)

“Bayıl yamacında sürüşmə o dərəcədə aktivləşib ki, hər an faciə yaşana bilər. İki gün əvvəl yağışdan sonra dəhşətli sürüşmə zamanı 3 ev tamamilə yerin dibinə batdı. Çat get-gedə böyüyür. Ətrafdakı digər evlər də həmin aqibətlə üzləşmək təhlükəsindədir”. Bunu 24saat.org-a həmin ərazidə yaşayan sakinlərdən biri deyib.

Bayılda sürüşmə zonası

Sakinlər vurğulayır ki, vaxtında köçürülmə olmasa, böyük insan tələfatı yaşana bilər. “Prezident Adminsrasiyasından demişdilər ki, heç bir problem yoxdur, qayıdın evinizə, bazarertəsi qaz da veriləcək. Fotoda görünən evdə yaşayan sakin evə girib əynini dəyişib mağazaya çörək almaq üçün gedib, 30 dəqiqədən sonra qayıdıb ki, evi tamamilə uçub. Həmin vaxt vəziyyət o qədər dəhşətli idi ki, birtəhır canımızı və əşyalarımızı daşıya bildik. Sağ olsun polislər və mənzil istismar idarəsinin işçiləri köməyimizə çatılar. 5-6 saata 10 evi boşaltdıq”.

Sürüşmə zonasından görüntü

Eldar Əzizov: “Vəziyyət ciddidir”

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bir çox ərazilərdən sakinlər məktəb binalarına köçürülüb. Sakinlərin bəziləri isə məktəb binasına köçürülməyə etiraz edir, kirayə pulu ödənməklə normal yaşayış yerinə köçmək isəyirlər. Ötən gün Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə söhbətinə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, vəziyyət ciddidir və hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür. O qeyd edib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

E.Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

“Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. “Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb”.

O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: “Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir” – şöbə rəisi APA-ya deyib.

Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: “Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın”.

Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: “Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb”.

Qeyd edək ki, sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button