Loading...
Loading...
Dünya

Bezos Baydeni tənqid etdi, Ağ Ev cavabını verdi

Şənbə günü yazdığı tvitdə Bayden bu şirkətləri benzinin qiymətini endirməyə çağırmışdı

Amazon şirkətinin təsisçisi Cef Bezos ötən həftəsonu yenidən Ağ Evlə mübahisəyə qalxıb.

Dünyada sərvətinə görə üçüncü şəxs sayılan Bezos prezident Co Baydenin yanacaqdoldurma məntəqələrini işlədən şirkətlərə müraciətini tənqid edib.

Şənbə günü yazdığı tvitdə Bayden bu şirkətləri benzinin qiymətini endirməyə çağırmışdı.

Reuters yazır ki, ölkənin bir çox yerlərində benzinin bir qallonu (3.7 litr) 5 dollar bahalaşıb.

Prezident yazmışdı:

“Yanacaqdoldurma məntəqələrindəki qiymətləri endirin ki, məhsulunuzun xərclərini düzgün əks etdirsin. Bunu dərhal edin”.

Bezos az sonra bu çağırışa Twitter-də belə cavab vermişdi:

“İnflyasiya Ağ Ev üçün bu qədər mühümdür ki, belə bəyanatlar verir. Bu, ya yanlış istiqamətləndirmədir, ya da təməl bazar dinamikasını anlamamaqdır”.

Bazar günü Ağ Evin sözçüsü Karin Jan-Pyer Bezosun tənqidini rədd edib.

O deyib ki, neftin qiyməti 15 faiz düşsə də, yanacaqdoldurma məntəqələrində benzinin qiyməti dəyişmir.

Xanım Jan-Pyer Bezosa müraciətlə yazıb:

“Amma zənn edirəm ki, sizin üçün neft və qaz şirkətlərinin bazar gücündən istifadə edərək amerikalıların hesabına rekord gəlir əldə etməsi təəccüblü deyil”.

Bezos bundan əvvəl də Bayden administrasiyası ilə mübahisələrə girişib.

O Baydeni Amerika ictimaiyyətini çaşdırmaqda və inflyasiyanın yüksəlməsində ittiham etmişdi.

24 saat” “
Bezos Baydeni tənqid etdi, Ağ Ev cavabını verdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button