2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Binəli Yıldırımın offşor şirkətləri haqqında yazan Pelin Ünkər həbs edilib

Türkiyənin “Cumhuriyet” qəzetinin müxbiri Pelin Ünkər həbs edilib.

Qəzet yazır ki, jurnalistin həbs edilməsinə səbəb “Paradise Papers” (Cənnət kağızları) adlı xəbərlər silsiləsidir. Həmin yazılarda jurnalist Pelin ÜnkərTürkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və övladlarının Maltada offşor şirkətləri olduğunu yazıb.

Məhkəmə hesab edib ki, Pelin Ünkər bu xəbərlərdə Binəli Yıldırımı təhqir edir və buna görə də jurnalistin 1 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Pelin Ünkərhəmçinin 8 min 600 türk lirəsi cərimə ödəməlidir.

Jurnalistin vəkillərindən biri Binəli Yıldırım və övladlarının məhkəməyə təqdim etdiyi şikayət ərizəsində yanlışlıqlar olduğunu vurğulayıb. O, həmin ərizədə yer alan və Pelin Ünkərə aid edilən bəzi yazılarda əslində onun imzasının olmadığını deyib. Vəkilin sözlərinə görə, “Paradise Papers” silsilə xəbərlərində jurnalist Məclis sədrini və onun övladlarını təhqir edən heç bir ifadəyə yer verməyib. Digər bir vəkil isə bildirib ki, bu sənədlər bütün dünyada yayımlansa da təkcə Pelin Ünkər məhkəməyə verilib və indi də həbs edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Pelin Ünkər məhkəmədən çıxarkən verdiyi açıqlamada həbsin səbəbini belə izah edib:

“Bu cəza ona görə verilir ki, bir daha əlimə bu cür material düşəndə həbs edilməkdən çəkinib xəbəri yazmayım. Təbii ki, peşəmlə məşğul olmağa davam edəcəm. Digər jurnalistlər necə edirlər? Mən də bacaracam.”


“Paradise Papers” nədir?

“Paradise Papers” 40-dan çox ölkədə müxtəlif siyasətçilərin, varlı biznesmenlərin və şirkətlərin offşor hesablar və şirkətlər vasitəsilə vergidən yayındıqlarını üzə çıxaran sənədlərdir.

Son 70 ili əhatə edən bu sənədlər ilk dəfə 2016-cı ildə Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə sızıb. Qəzet 13,4 milyon gizli elektron sənəddən ibarət toplunu Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) ilə bölüşüb. BBC və The Guardianın müxbirləri də daxil olmaqla konsorsiuma üzv olan media nümayəndələri sənədlərə baxıb və əsas məlumatları ayırd ediblər. Bir çox media bu sənədləri 5 noyabr 2017-ci il tarixində yayımlayıb.

Sənədlərdə kimlərin adları keçir?

“Paradise Papers” Panama sənədlərindən sonra ən böyük məlumat sızıntısı hesab edilir. Burada İngiltərə karaliçası II Elizabet, hazırda ABŞ prezidenti olan Donald Tramp, Rusiya lideri Vladimir Putin, Qazaxıstan prezidenti Nurəli Əliyev də daxil olmaqla 120 mindən çox şəxs və şirkətin adı keçir. “Boston Consulting Group” sənədlərdə ümumilikdə 10 trilyon dollardan söhbət getdiyini açıqlayıb.

Azərbaycan “Paradise Papers”da

Dünyada böyük səs-küyə səbəb olan bu sənədlərdə Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin də adı çəkilib.

Araşdırmaçı jurnalist Dəfnə Karuana Qalizianın öldürülməsindən sonra baş tutan aksiyadan. Foto: Darrin Zammit Lupi / Reuters

Sənədlərdə İlham Əliyevin öz adına hər hansı bir şirkət yer almır. Ancaq demək olar ki, onun bütün ailə üzvlərinin “Cənnət Kağızları” var. Belə ki, bu sənədlərdə birinci xanım və birinci vitse-prezident Mehriban Aliyevanın, prezidentin övladları – Leyla Əliyeva, Arzu Əliyeva və Heydər Əliyevin, həmçinin prezidentin bacısı Sevil Əliyevanın adı keçir.

Daha öncə baş verən böyük məlumat sızıntısında – “Panama Papers”da (Panama Sənədləri) da Azərbaycan prezidenti və ailəsinin adı çəkilib, onların Londondakı mülklərinin siyahısı üzə çıxıb. Məlum olub ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib.

“Cənnət Kağızları” isə birbaşa Malta ilə bağlıdır. Malta ilə Azərbaycan arasındakı isti münasibəti əvvəlcə bu ölkənin baş naziri Cosef Muskat, daha sonra isə enerji naziri Konrad Mizzinin İlham Əliyevlə gizli görüş üçün Bakıya gəlmələrindən sonra sorğulanmağa başlanıb.

2017-ci ilin sonlarında maltalı araşdırmaçı jurnalist Dəfnə Karuana Qalizia ölkəsindəki “Pilatus Bank”ın ən böyük 3 müştərisinin Azərbaycanın Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov və İlham Əliyevin qızı Leyla Əliyeva ilə oğlu Heydər Əliyev olduğunu üzə çıxardı.

Həmin jurnalist qətlə yetirilib.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button