2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Böyük Britaniyanın Baş naziri istefa verdi

Yayımlandı: 20 Oktyabr 2022 17:19

Liz Truss verdiyi vədləri yerinə yetirə bilməyəcəyini açıqlayıb

Böyük Britaniyanın Baş naziri Liz Truss oktyabrın 20-də istefa verdiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, bazarlarda şok dalğaları yaradan və təyin olunduqdan cəmi altı həftə sonra Mühafizəkarlar Partiyasını parçalayan iqtisadi proqramı ilə Baş nazir vəzifəsindən istefa verdiyini söyləyib.

“Downing Street”-dəki 10 nömrəli ofisinin qapısı qarşısında danışan Truss bildirib ki, Mühafizəkarlar Partiyasının liderliyinə namizəd olduğu zaman verdiyi vədləri yerinə yetirə bilməyəcək:

“Baxmayaraq ki, vəziyyəti nəzərə alaraq, Mühafizəkarlar Partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm. Buna görə də Kral Əlahəzrətlə danışmışam. Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdiyimi demişəm”.

Daha sonra Liz Truss əlavə edib ki, bu səhər o, 1922 Komitəsinin sədri Qrem Bredi ilə görüşüb. Razılaşıblar ki, növbəti həftə ərzində liderlik seçimi təşkil etsinlər:

“Bu, maliyyə planlarımızı yerinə yetirmək yolunda qalmağımızı təmin edəcək. Biz ölkəmizin iqtisadi sabitliyini və milli təhlükəsizliyini qorumalıyıq”.

Xarici işlər naziri Liz Truss sentyabrın 5-də liderlik yarışında qalib gələrək Böyük Britaniyanın növbəti Baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilmişdi.

O, rəqibi Rishi Sunakı məğlub edərək Mühafizəkarlar Partiyası (Tori) üzvlərinin 57.4 faiz səsini qazanmışdı.

Keçmiş kanslerin 60,399 (42,6 faiz) səsinə qarşı Tori üzvlərinin 81,326 səsini (57,4 faiz) qazanan Liz Truss bu vəzifəni yayın əvvəlində öz deputatları tərəfindən istefaya göndərilən Boris Consondan almışdı.

Truss vəzifəyə gəldikdən sonra qısa müddətdə ev təsərrüfatlarına dəstək planlarını açıqlamışdı. Eyni zamanda, müttəfiqlərin enerji xərclərinin dondurulmasını da əhatə edə biləcək 100 milyard funt sterlinqlik paketin müzakirə edəcəyini bildirirdi.

Deyirdi ki, enerji böhranını aradan qaldırmaq, insanların enerji ödənişləri ilə məşğul olmaq, eyni zamanda, enerji təchizatı ilə bağlı uzunmüddətli problemləri həll etmək üçün “cəsarətli plan” hazırlayacaq.

Trussdan əvvəlki Baş nazir Boris Conson 2022-ci il iyulun 7-də tutduğu vəzifədən istefa verib.

Onun istefasına səbəb kimi cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir.

Bundan sonra hökumətdə ard-arda istefalar baş verib.

Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq vəzifələrindən gediblər.

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçiriblər.

Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu, amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button