2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Britaniya xarici işlər naziri Moskvaya səfərini ləğv etdi

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyadakı son duruma görə Moskvaya səfərini ləğv edib.

Britaniyalı nazir Rusiyanın Suriya rejiminə dinc əhaliyə kimyəvi silah tətbiq etməsindən sonra da dəstək verməsindən heyrətləndiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Consonun Rusiyaya səfəri aprelin 10-da başlamalı idi. Bu, son 5 ildə Britaniya XİN rəhbərliyi səviyyəsində Rusiyaya ilk səfər idi.

“Suriyadakı hadisələr vəziyyəti kökündən dəyişdi. İndi mənim üçün prioritet Suriya ilə bağlı koordinə edilmiş beynəlxalq dəstək üçün ABŞ və digər ölkələrlə təması davam etdirməkdir”, – deyə Conson qeyd edib.

XİN rəhbəri onu da bildirib ki, ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya aprelin 11-12-nə nəzərdə tutulan səfəri qüvvəsində qalır: “Tillerson Rusiya tərəfinə bizim də mövqeyimizi çatdıracaq”.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button