2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Burada oturan deputatların hər biri təhqir olunur”

Siyavuş Novruzov hamını xaricdəki azərbaycanlılara cavab verməyə çağırıb

“Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər”. Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. O, xaricdə yaşayan və Azərbaycan haqqında tənqidi fikirlər səsələndirən şəxslərə hər kəsin, o cümlədən deputatların  cavab verməyə borclu olduğunu vurğulayıb:

“Onlar olmazın təhqiramiz fikirlər söyləyirlər. Biz niyə susmalıyıq? Bir qrup deputatlar hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək. Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başçısını, ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə milli azadlıqda olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda- burda oturub Azərbaycan haqqında təxribat aparırlar”.

Hüquq-mühafizə orqanlarına müraciət edən S. Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb nəticəni aidiyyatı strukturların qarşısına qoysunlar:

Saytların yığılması Saytlarin yigilmasi

“Sual verin ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazan kimi gecə ilə həbs edirlər. Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiz? Hüquq-mühafiqə orqanları İnterpola konkret sənədlər təqdim etməlidir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovu da tənqid edib.

“Həmin şəxs iki gündən bir “Yeni Müsavat” qəzetinə iki səhifəlik müsahibə verir, Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər edib. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyətindən yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da”.

İclasda Azərbaycanla Rusiya arasında iki sənəd qəbul edilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” qanun layihəsini və “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf etdiyini və strateji xarakter dağıdığını, təsdiq olunan sənədlər iki ölkə arasında münasibətlərin inkşafına mühüm töhfə verəcəyini deyiblər.

Spiker Oqtay Əsədov bildirib ki, bu sənədlər Azərbaycan ilə Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button