Bizim tərcüməDünya

Çin şirkətləri o ölkəni yaxından izlədi… ‘Qızıl hücumu!’ Sıraya düzüldülər

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Əfqanıstanın Qəzni vilayətinin Mədən və Neft Departamentinin direktoru Mövləvi Həzrəti Yusuf bildirib ki, iki Çin şirkəti əyalətdəki litium və qızıl mədənlərini idarə etməyə can atırlar.

Taliban xəbər agentliyinin məlumatına görə, Yusuf bütün əyalətdəki mədən sahələrini qiymətləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Vilayətdə hazırda 25 mədənin istehsalatda aktiv olduğunu bildirən Yusuf, son bir ildə mərmər, kükürd, daş kömür və müxtəlif qiymətli daşların olduğu 18 yeni mədən sahəsinin müəyyən edildiyini diqqətə çatdırıb.

Yusuf bildirib ki, iki Çin şirkəti Navur rayonundakı litium mədənlərinin və Mukur rayonundakı qızıl mədənlərinin istismarı üçün təkliflər verib.

Yusuf bildirib ki, bu investisiyalar reallaşarsa, vilayətin iqtisadiyyatına böyük töhfə verəcək.

Əfqanıstanda mis, qızıl, uran, boksit, dəmir filizi, xrom, qurğuşun, sink, kömür, sabundaşı, pambıqdaşı, gips, kükürd, mərmər kimi metal yataqları mövcuddur.

Bundan əlavə, Əfqanıstan litium və digər nadir metallar baxımından dünyanın ən zəngin ehtiyatlarına malikdir, lakin ölkədə uzun müddət davam edən münaqişə mühiti ölkənin bir çox iqtisadi sahələrinə mənfi təsir göstərmiş və mədənçıxarma sahəsində inkişafın qarşısını almışdır.

Taliban administrasiyası isə ölkədəki iqtisadi böhranın öhdəsindən gəlmək məqsədi ilə xarici şirkətləri bu sahələrə sərmayə qoymağa dəvət edir, Çin və Rusiya şirkətləri isə ölkədəki mədənləri işlətməyə ən həvəsli investorlar kimi önə çıxır.

2

Nəhayət, yanvarın 5-də Əfqanıstanın şimalında Amu çayı ətrafında kəşfiyyat və neft hasilatı üçün Taliban müvəqqəti hökuməti ilə Çinin CAPEIC şirkəti arasında 25 illik müqavilə imzalanıb.

Müqavilənin imzalanması mərasimində Taliban administrasiyasının mədən və neft nazirinin müavini Şahabəddin Dilavər və Çinin Kabildəki səfiri Vanq Yu bəyan ediblər ki, bu addım Əfqanıstan iqtisadiyyatını və iki ölkə arasında əlaqələri gücləndirəcək. .

Digər tərəfdən, Taliban rəhbərliyi şimalda Bədəxşan əyaləti üzərindən Çinə açılan Vuhan dəhlizinin aktiv ticarət yoluna çevrilməsini istəyir və bunun üçün Çin hökumətindən dəstək gözləyir. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button