2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DÇ-2022: Argentina və Xorvatiya yarımfinala yüksəlib

Yayımlandı: 10 Dekabr 2022 02:00

Braziliya millisi mundialda mübarizəni dayandırıb

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında dekabrın 9-da 1/4 final mərhələsinin oyunları start götürüb.

Saytların yığılması Saytlarin yigilmasi

İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiyanı sınağa çəkib. Saat 19:00-da başlayan oyunda 90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Oynanılan əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə qol vurub. 1:1 hesabı qalibin adına penaltilər seriyasında aydınlıq gətirib. Penalti zərbələrində Xorvatiyaya uduzan Braziliya millisi dünya çempionatı ilə vidalaşıb.

1/4 finalın digər oyununda Niderlandla Argentina üz-üzə gəlib. Bu oyun saat 23:00-da start götürüb. Argentinalılar matçın 83-cü dəqiqəsinə qədər hesabda 2:0 irəlidə olsalar da, Niderland yığması oyunda dönüş yarada bilib. Avropa təmsilçisi son dəqiqələrdə iki qol vurmaqla hesabda tarazlıq yaradıb. Matçda əlavə vaxt oynanılsa da, hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan Argentina millisi Xorvatiyadan sonra yarımfinala çıxan ikinci komanda olub.

1/4 finalın digər iki oyunu dekabrın 10-da keçiriləcək. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə qarşılaşacaq.

DÇ-2022, 1/4 final

10 dekabr

19:00 Mərakeş – Portuqaliya
23:00 İngiltərə – Fransa

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button