2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Deputat Əli Məsimli “Şöhrət” ordeni aldı

Yayımlandı: 2 Yanvar 2023 17:08

Deputat 70 yaşı ərəfəsində mükafatlandırıldı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Əhməd oğlu Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, o, ordenə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Yanvarın 3-də Əli Məsimlinin 70 yaşı tamam olur.
Əli Məsimli 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə “Müstəqil İqtisadçılar Birliyi” ictimai təşkilatının prezidenti vəzifələrində işləyib.
Uzun müddət Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəhbər strukturlarda çalışıb.
2005-ci ildə deputat mandatı qazanıb.
2010-cu ildə də 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilib.
Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button