2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Deputatlar “Təhsil haqqında” qanunun yenidən işlənməsini istəyiblər

Yayımlandı: 27 Dekabr 2022 17:17

Parlamentdə müəllim-valideyn münasibətləri, eləcə də, təhsillə bağlı problemlər müzakirə olundu

Milli məclisin növbəti plenar iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

İclasın gündəliyində duran məsələlərdən biri də “Təhsil haqqında” Qanununda yenilənməsi barədə olub.

Millət vəkilləri təhsildəki problemlərdən danışıblar.

Mədəniyyət komitəsinin üzvü Aqil Abbas çıxışında təhsildəki bir sıra çatışmazlıqlara toxunub:

“Bu gün orta məktəb şagirdlərinin ağır çantasını mən götürə bilmirəm. Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya ştanqist olacaqlar, ya da qozbel. İkinci məsələ, müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, milli qəhrəmanlardır. Uşağa bir şapalaq vurub deyə, 30 illik müəllimi məktəbdən qovublar. Belə şey olar? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz”, – millət vəkili deyib.

Aqil Abbas
Aqil Abbas, Foto: “Ədalət” qəzeti

Əlavə edib ki, təhsildə müəllim-valideyn münasibətləri də ciddi nəzərdən keçirilməlidir:

“Mən əvvəl də demişəm ki, bizim məktəblərdə dərs deyən müəllimlər milli qəhrəmanlardır. Onlara qarşı davranış çox pisdir. Bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər ki, müəllim onun quludur. Keçmişdə nadinc şagirdləri məktəbdən çıxarardılar, onlar üçün ayrıca məktəb olardı. Amma onlar orada elə tərbiyə alardı ki, içindən polislər, polkovniklər çıxırdı. İndi şagirdlər müəllimin başına çıxır. Şagirdin telefonun qiyməti müəllimin 4-5 aylıq maaşıdır”.

“Təhsilin pilləliyi haqqında danışmaq lazımdır. Təhsildə nə qədər pillə olar?”, – bu fikirləri isə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib:

Сиявуш НоврузовСиявуш Новрузов
Foto: Meydan TV

“Bakalavr, magistr, aspirantura, disertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Bu qədər pillə olar? Qanunda da bu, nəzərə alınmalıdır. Mənim bu strukturlarla problemim yoxdur. Amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir”.

Deputat Fəzail Ağamalı qanunun yenidən işlənməsini təklif edib.

“Təklif edirəm ki, növbəti sessiyaya qədər “Təhsil haqqında” qanun yenidən işlənilsin. Bugünkü qanun 15 il müzakirə olundu, 1996-cı ildən başlayaraq 2009-cu ilə qədər ən müxtəlif platformalarda tənqid olunmasına baxmayaraq, qəbul edildi, amma təhsildə hansısa inkişafın şahidi olmadıq. Bu gün “Təhsil haqqında” qanun Azərbaycan təhsilində buxov rolunu oynayır. Kifayət qədər arqument gətirmək olar”, – deyə o qeyd edib.

Fəzail AğamalıFəzail Ağamalı
Fəzail Ağamalı, Mənbə: Report.az

Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, növbəti sessiyada bu barədə böyük dinləmə keçirilə bilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button