2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

DİN jurnalistə cavab verdi

Nazirlik: “Təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməyib”

Jurnalist Aytac Əhmədovanın polis bölməsində zorakılığa məruz qalması iddiasına Daxili İşlər Nazirliyindən cavab gəlib.

24saat.org xəbər verir ki, məlumatı Meydan TV-yə jurnalist Aytac Əhmədova verib.

Oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alarkən polisə aparıldığını, orda zorakılığa məruz qaldığını bildirən jurnalist deyir ki, olayın araşdırılması üçün Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hər iki qurumdan jurnalistə yazılı cavab gəlib.

Daxili İşlər Nazirliyinin daxili təhqiqatlar şöbəsindən gələn cavabda yazılır ki, müraciətimə Bakı şəhər Baş Polis İdarəsində baxılıb. Yazırlar ki, aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməyib”.

Jurnalistə Baş Prokurorluqdan göndərilmiş məktubda isə şikayətinin araşdırıldığı bildirilib.

“Şikayətlə bağlı sorğuya Bakı Şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsi cavab verib. Onlar yazırlar ki, şikayətim araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib. Sabunçu prokuroru noyabrın 26-dək araşdırmanın nəticəsi haqda məlumat verməlidir”, – jurnalist deyib.

Aytac Əhmədova DİN və prokurorluq zorakılığa məruz qalması iddiası ilə bağlı onu qane edən araşdırma aparmazsa, məhkəməyə müraciət edəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button