Loading...
Loading...
Dünya

Donbasda ağır döyüşlər gedir

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusuna dair rəyini açıqlamalıdır

Ukraynanın şərqindəki Donbas regionunda ağır döyüşlər gedir. Severodonetsk şəhərindəki Ukrayna qüvvələri Rusiyanın ağır bombardmanı altındadır.

Britaniya Müdafiə Nazirliyi iyunun 17-də gündəlik kəşfiyyat bülletenində bildirir ki, Rusiya ordusu son 24 saat ərzində Severodonetskdən 55 km cənubdakı Popasna boyunca üstünlüyü ələ almağa çalışıb. Buradan onlar şəhəri mühasirəyə almağa çalışırlar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə iyunun 16-da axşam bildirib ki, Severodonetsk və Lisiçanskda və ətrafında xüsusilə ağır döyüş gedib. Lisiçansk Siverski Donets çayının əks tərəfində yerləşir.

12 minədək dinc sakin

Severodonetskdə bir neçə həftədir döyüş gedir. Ukrayna Prezidenti Volodimir Zelenski bu döyüşün Donbas regionunun taleyini həll edəcəyini deyib. Moskva Severodonetsk və Lisiçanskı tutacağı halda Luqanska nəzarəti bütünlükdə ələ alacaq.

Luqanskın hərbi qubernatoru Sergey Qayday müharibədən öncə 100 min əhalisi olan Severodonetskin 10 minədək sakininin vacib təchizatsız qaldığını bildirib. Dinc sakinlərin çoxu Azot kimyəvi zavodunun altındakı bunkerlərə sığınıb.

Severodonetskin meri Oleksandr Stryuk isə iyunun 16-da Ukrayna televiziyasına deyib ki, zavoddakı sığınacaqlarda 500-dək dinc sakin var.

BMT şəhərdə 12 minədək dinc sakinin qaldığını bildirib.

İyunun 16-da Lisiçanskda dinc sakinlərin sığındığı binaya raket zərbəsində azı üç nəfər həlak olub, azı yeddi nəfər yaralanıb. Bu məlumatı da Qayday açıqlayıb.

Artilleriya üstünlüyü

Bu arada cəbhə xəttinin digər yerlərində Ukrayna əsgərlərinin Rusiyanın irəliləməsini dayandırdığı bildirilir. Xarkovda isə Rusiya əsgərləri Ukrayna qüvvələrinin qarşısını artilleriya ilə kəsib.

Şimal-şərqi Sumıda Rusiyanın raket zərbəsində dörd nəfərin öldüyü, altı nəfərin yaralandığı xəbər verilir.

Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov CNN-ə deyib ki, Rusiya fevralda Ukraynanı işğal edəndən bəri “onminlərlə” ukraynalı həlak olub. Reznikov bu rəqəmin 100 mindən az olmasına “ümid etdiyini” söyləyib.

Britaniya Ukraynaya 20 yaylım atəşi sistemi verəcəyini bəyan edib. Müdafiə naziri Ben Vallas sistemlərin Ukraynaya göndəriləcəyini təsdiqləyib. O, Rusiyanın bəzi yerlərdə artilleriyada Ukrayna ordusundan 20 dəfə üstün olduğunu vurğulayıb.

Ukraynaya namizəd statusunun verilməsinə dair rəy gözlənir

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusuna dair sürətləndirilmiş rəyini açıqlamalıdır.

İndiyədək heç bir ölkənin namizəd statusuna dair rəy belə sürətlə açıqlanmayıb. Rəyi blokun 27 üzv ölkəsi də təsdiqləməlidir.

Almaniyanın “dpa” agentliyi komissiyadakı mənbələrə istinadla xəbər verir ki, qurumun həm Ukrayna, həm də Moldovaya namizəd statusu verməyin xeyrinə çıxış edəcəyi gözlənir.

Gözdən qaçırmayın:  İranda müəllimlərin etirazı. Ərzaq qıtlığı gözlənir

Bu rəy əsasından iyunun 23-24-də Aİ sammitində müzakirələr aparılacaq. Üzv ölkələrin Ukraynanın namizəd statusunu təsdiqləyəcəyi, ancaq sərt şərtlər qoyacağı gözlənir. Üzvlük isə illər, hətta onillər çəkə bilər.

Rusiya fevralın 24-də işğala başlayandan dərhal sonra Zelenski Ukraynanın Aİ üzvlüyü çün rəsmən müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da eyni addımı atıblar.

“Dpa” mənbələrə istinadla yazır ki, Gürcüstana namizəd statusu yalnız müəyyən şərtlərin icrasından sonra verilə bilər.

24 saat” “
Donbasda ağır döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button