2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Donbasda şiddətli döyüşlər gedir – VİDEO

Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin ətrafında hökumət qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna ordusunun 72-ci qvardiyasından bildirilib.

Məlumata görə, separatçılar “Qrad” reaktiv yaylım atəş sistemləri ilə Avdeyevka istiqamətində 160 raket mərmisi atıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Anti-terror əməliyyatları qərargahından verilən məlumatına görə, separatçılar yanvarın 29-dan Avdeyevka ərazisində Ukrayna ordusunun mövqelərinə dəfələrlə hücum etməyə çalışıblar. Rəqibin böyük itkilər verərək geri çəkilməyə məcbur edildiyi bildirilir. Kəşfiyyat məlumatına görə, anti-terror gücləri dünən Avdeyevka sənaye ərazisində 15 separatçını məhv edib, 24-nü yaralayıb. Eyni zamanda döyüş zonasında ötən gün 5 Ukrayna hərbiçisi həlak olub, 9-u yaralanıb.

Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskinin “Facebook”da yazdığına görə, hazırda döyüşlər davam edir. O, bir neçə döyüşçünün, həmçinin “Konsul” ləqəbli terrorçunun öldürüldüyünü bildirib.

“Donetsk Xalq Respublikası” separatçı qurumun nümayəndəsi Eduard Basurin jurnalistlərə açıqlamasında iki gün ərzində 80 Ukrayna hərbi qulluqçusunun öldüyünü, 70-dən çoxunun yaralandığını bildirib. Onun sözlərinə görə, Selidovo şəhər meyitxanasında 29, Krasnoarmeysk şəhər meyitxanasında 41 meyit, “Novıy trud” hospitalında 8 meyit və 14 yaralı, Çasov Yare hərbi hospitalında 60 yaralı var. Separatçıların lideri bunun təsdiq edilmiş məlumatlar olduğunu deyib.

Xatırladaq ki, dünən Ukrayna ordusunun 72-ci qvardiyası rəqibin 100-dən çox itki verdiyini açıqlayıb. Onlardan təxminən 60 nəfərinin Rusiya hərbi qulluqçusu olduğu bildirilir.

“Təsdiq edilmiş məlumatlara görə, intensiv döyüşlərin iki günü ərzində rəqibin itkisi 100 nəfərdən çox olub. Təxminən 60 rus hərbi qulluqçusunun bədəni Donetsk şəhərinin Kalinin rayonundakı meyitxanadadır”, – xəbərdə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button