2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“DQR”in KVN komandası Soçi festifalından çıxarıldı

Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalında tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən “DQR” komandaları Azərbaycan tərəfinin müdaxiləsindən sonra yarışdan çıxarılıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik kanallarla apardığı mühüm işlərlə yanaşı, Gənclər və idman naziri Azad Rəhimov da Beynəlxalq KVN İttifaqının prezidenti Aleksandr Maslyakova məktub yazıb. Orada əsas tələb bu olub ki, Xankəndidən olan komandalar ya festifaldan çıxarılsınlar, ya da onlar Xankəndi adı ilə Azərbaycan bayrağı altında çıxış etsinlər.

Bundan əlavə festivalın təşkilat komitəsi ilə də danışıqlar aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlikdən virtualaz.org-a göndərilən bəyanatda bildirilir ki, bütün bunların nəticəsi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb.

“Beləliklə, Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmamışdır. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələsində 500 komanda arasında 2-3 dəqiqəlik “razminka”nı iştirak kimi təqdim etməyə çalışır”, – deyə nazirliyin bəyanatında vurğulanır.

Bəyanatda həmçinin xatırladılır ki, Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə “Ermənistan yığması” adı altında Moskvanı təmsil edib.

Ermənistan 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilib.

Ümumilikdə isə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button