2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldar Həsənovun işi üzrə hazırlıq iclası avqustun 27-nə təyin edilib

Bakı/18.08.21 Azərbaycanın Serbiyadakı keçmiş səfiri və ölkənin sabiq baş prokuroru Eldar Həsənova qarşı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Hazırlıq iclası avqustun 27-nə təyin edilib.

Eldar Həsənov 13 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət büdcəsinin təyinatı üzrə xərclənməməsi ittihamı ilə həbs edilib.

İbtidai istintaqın yekunlarına əsasən ona qarşı beş maddə üzrə ittiham irəli sürülüb: Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması) 308.2 (vəzifə səlahiyyətlərindən sui- istifadə), 308-1.1 (dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri.

Saytların yığılması Saytlarin yigilmasi

Həsənov 2010-2020-ci illərdə Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Monteneqroda səfiri işlədiyi dövrdə mənimsəmədə və talan etmədə ittiham olunur. Söhbət təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı 180 min avrodan çox pulun mənimsənilməsindən gedir.

Avqustun 16-da Həsənov bəyanatla çıxış edərək bütün ittihamları rədd edib, bildirib ki, hakimiyyətdəki iki nəfərin ona böhtan atmasının qurbanı olub. Lakin həmin şəxslərin adlarını açıqlamayıb. Həsənov həmçinin istintaqın qərəzli olmasından və ona vaxtında tibbi yardımın göstərilməməsindən şikayətlənib, nəticədə onun səhhəti kəskin şəkildə pisləşib.

Xatırladaq ki, bundan öncə Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğa sütununun ağır xəstəliyi səbəbindən hərəkət edə bilmədiyini bildiriblər. İyunun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.16D06-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button