2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Eldar Mahmudovun komandası xarici agentlərin də pulunu mənimsəyib

Dövlət pula görə qiymətli informasiya mənbələrindən məhrum edilib

 

Ləğv edilən MTN-nin sabiq və sonuncu rəhbəri Eldar Mahmudov  və onun komandası ilə bağlı redaksiyamıza ilginc informasiya daxil olub. Bilgili qaynaqdan verilən məlumatda sabiq MTN yetkililərinin yalnız ölkə daxilində  deyil, ölkə xaricindəki bir çox agentlərin də pulunu mənimsədiyi, bu agnetləri onlara çatacaq puldanməhrum etdiyi ilə bağlı ciddi məqamlar yer alır. 24saat.org-a açıqlama verən mənbənin sözlərinə görə, məmurları və iş adamlarını müxtəlif vasitələrlə şantaj edib milyonlarlamanat vəsaitə sahiblənən MTN rəhbərliyi bu azmış kimi agentlərə çatası pula da əl qoyub:

Saytların yığılması Saytlarin yigilmasi

“MTN rəhbərliyi yalnız ölkə daxilindəki deyil, bəzi qonşu dövlətlərdəki agentlərin də pulunu mənimsəyib. Sırf pul səbəbi ilə həmin agentlərlə əlaqəyə son qoyan MTN rəhbərliyi, bununla da dövləti onun üçün böyük önəm kəsb edən qiymətli informasiya mənbələrindənməhrum edib. Halbuki, həmin mənbələrin hamısı uzun illərin zəhməti nəticəsində qazanılan qiymətli mənbələr, etibarlı kanallar olub. Hansı ki, bu kanllar ölkəmizə yönəlik terror aktları və narkotik qaçaqmalçılığına qarşı profilaktiki tədbirlər görmək, önləyici addımlar atmaq baxımından mühüm önəm kəsb edən mənbələr olub. Lakin buna baxmayaraq, E.Mahmudov komandası sırf maliyyə səbəbi ilə həmin agentlərdən imtina edib və məlum “MTN işi”nə qədər onlara çatacaq vəsaiti də öz halal pulları kimi mənimsəyib”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button